Nazirdən iki yeni təyinat

Nazirdən iki yeni təyinat
SOSİAL
11:57 07.01.2017
962
Azərbaycanın Vergilər Nazirliyində yeni yaradılmış iki departamentə rəhbər təyin edilib.

AZXEBER.COM nazirliyə istinadən xəbər verir ki, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi Toğrul Quliyev həmin idarənin nəzdində yaradılmış Vergi qanunvericiliyinin icrasına nəzarət üzrə Departamentin baş direktoru vəzifəsinə təyin edilib.

Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi Vüqar İsmayılov isə yeni yaradılmış Vergi öhdəliklərinin icrası üzrə Depratamendə baş direktor təyin edilib.

OXŞAR XƏBƏRLƏR