Nazirdən Türkiyə hökumətini istefaya çağıran azarkeşlərə sərt cavab

İDMAN
14:45 27.02.2023
380
Türkiyə Super liqasında keçirilən oyunlar zamanı, "Fənərbaxça" və "Beşiktaş" azərkeşləri "hökümət istefa"şüarı səsləndirib.
 
AZXEBER.COM xəbər verir ki, azarkeşlərin bu addımı birmənalı qarşılanmayıb.
 
Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu məsələ ilə bağlı açıqlama verib.
 
O indiki məqamda azarkeşlərin bu addımını yolverilməz adlandırıb: "İnsanların ehtiyaclarını qarşılamaq, təhlükəsizliyi təmin etmək üçün çalışdığımız bu günlərdə yaşananları da diqqətlə izləyirik. Məsələni çox incə detallarına kimi araşdırırıq. Əgər siyasət etmək istəyən varsa, yaxın müddətdə seçimlər olacaq. Hər kəs meydana çıxaraq siyasətini etsin, amma idman məkanını siyasət meydanına çevirmək istəyənlər də bir az dövlətin, millətin, qurumların göstərdiyi cəhdlərə qulaq versinlər. Zəlzələ qurbanları yeni həyat qurmaq üçün cəhd edirlər. Millət öz qərarını seçimlərdə verəcək. Burada bizim zəlzələ məsələlərində itib-batdığımızı zənn edənlər güvənlik məsələlərində qalxanlarımızı qaldıra bilməyəcəyimizi zənn etməsinlər. Burada humanitar məsələlərlə məşğuluq. Əgər işimizi görmək istəyirlərsə, meydana gəlsinlər! Türkiyənin təhlükəsizliyi ilə bağlı heç kim qol güləşinə çalışmasın".
 
Gülay
OXŞAR XƏBƏRLƏR