Xəbər verdiyimiz kimi, Şamil Əzizov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.
Nazir Rəşad İsmayılovun əmri ilə, müşavir vəzifəsində təyin olunan Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
O, bu vəzifəyə kimi 2019-2020-ci illərdə Heydər Əliyev Mərkəzinin Layihələrin İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və baş mütəxəssis, 2020-2026-cı illərdə "Regional İnkişaf” İctimai Birliyində ekspert və Heydər Əliyev Mərkəzində direktorun köməkçisi vəzifələrində işləyib.











































