Nazirin keçmiş müşaviri arxiv sənədlərini yandırıb

Nazirin keçmiş müşaviri arxiv sənədlərini yandırıb
SOSİAL
16:36 24.05.2016
1481
Nəqliyyat nazirinin keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında həbs olunan Rövşən Əhmədov yeni iddialar irəli sürüb.
Onun vəkili Adəm Məmmədov açıqlamasında deyib ki, Ç.Baxşıyev R.Əhmədovla birgə işlədiyi dövrdə 1 milyon manata yaxın mənimsəməyə yol verib: “Hüquqlarını müdafiə etdiyim Rövşən Əhmədovla görüşdükdə mənə bildirdi ki, uzun müddət Çingiz Baxşıyevin yanında işləyib, həm də onunla qohumluq əlaqələri var. Çingiz Baxşıyev Nəqliyyat Nazirliyində Departament rəhbəri olarkən təmir-tikinti işləri ilə bağlı maliyyə vəsaiti ayrılıb. Bu işlər barədə sənədləşdirmə aparılıb və arxivə göndərilib.
Arxiv sənədlərində ciddi pozuntular olduğu, tikinti zamanı təxminən 1 milyon manata yaxın mənimsəmə olması aşkarlanıb. Rövşən Əhmədov Çingiz Baxşıyevlə münasibətləri yaxşı olduğu üçün ondan həmin yeyintinin arxiv sənədlərində üzə çıxacağı barədə sual verərək bu problemin necə həll olunacağını soruşub. Çingiz Baxşıyev deyib ki, o, arxiv sənədlərini ələ keçirərək yandırıb və heç bir problem olmayacaq”.
Qeyd edək ki, Rövşən Əhmədov Çingiz Baxşıyevin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayının 4-də saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin 16 aprel tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Çingiz Baxşıyev 2014-cü ilin yanvar ayında Ziya Məmmədovun müşaviri təyin olunub. Bundan əvvəl isə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində işləyib.Rövşən Əhmədov 2013-cü ilin axırlarına kimi Çingiz Baxşıyevin rəis olduğu xidmətdə işləyib. Çingiz Baxşıyev şikayət ərizəsində özünə məxsus olan təmxinən 50 kiloqram qızıl zinət əşyasının qohumu Rövşən Əhmədov tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib. O qeyd edib ki, həmin qızılların 800 min dollar dəyəri olub. Çingiz Baxşıyev bir neçə ay öncə nəqliyyat nazirinin müşaviri vəzifəsindən çıxarılıb.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Peruda 5,6 bal gücündə zəlzələ baş verib
00:07 24.09.2025
Peruda 5,6 bal gücündə zəlzələ baş verib
Tokayev: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq"
00:02 24.09.2025
Tokayev: "Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq"
Yevlaxda 4 yaşlı uşaq traktorun altında qalıb öldü - Atası idarə edirmiş
23:52 23.09.2025
Yevlaxda 4 yaşlı uşaq traktorun altında qalıb öldü - Atası idarə edirmiş
“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı
23:44 23.09.2025
“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi yekunlaşdı
Mehriban Əliyeva Nyu-Yorkda ziyafətdə iştirak etdi
23:38 23.09.2025
Mehriban Əliyeva Nyu-Yorkda ziyafətdə iştirak etdi
Prezident İlham Əliyev BMT-nin mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
23:35 23.09.2025
Prezident İlham Əliyev BMT-nin mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
23:24 23.09.2025
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
23:17 23.09.2025
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək