Nazirin mahnısına klip çəkildi – VİDEO

Nazirin mahnısına klip çəkildi – VİDEO
ŞOU-BİZNES
11:06 08.01.2015
733
Sevilən müğənni Yaşar Cəlilov son hitlərindən olan “Ulduzlu gecə” mahnısına klip çəkdirib.
Ekran işi ötən gün tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Musiqisi bir çox məşhur mahnıların bəstəkarı Kamala, sözləri tanınmış nəğməkar-şair Baba Vəziroğluya məxsus olan “Ulduzlu gecə”yə rejissor Elmir Süleymanov quruluş verib. Klip mahnıya uyğun olaraq yaşanılmış bir sevgi hekayətini əks etdirir. Ekran işində Yaşarın tərəf müqabili model Yuliya Gracedir. Çəkilişlər Novxanıda aparılıb.
Klipin operatorluğunu da rejissor edib. Montaj üzərində Elnar Haşımov çalışıb. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, stilisti Elnur Həsənovdur.
OXŞAR XƏBƏRLƏR