Nazirin töhmət verdiyi Anar Rzayev kimdir? - DOSYE

Nazirin töhmət verdiyi Anar Rzayev kimdir? - DOSYE
SOSİAL
14:09 17.02.2022
1225
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bununla bağlı təcili iclas keçirib. Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
 
Nazirin töhmət verdiyi Anar Rzayev kimdir?

AZXEBER.COM Anar Rzayevin dosyesini təqdim edir:

Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci ildə «ACTP» tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil alıb.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universietinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirərək «Beynəlxalq İqtsiadi münasibətlər» ixtisası üzrə magistr dərəcəsi alıb. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasına dissertant kimi təhkim edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Bir monoqrafiya və iki dərslikdə həmmüəllifdir. Üç dərslik tərcümə edib.

1996-cı ildə Şotlandiyanın «OBC Transport» şirkətinin nümayəndəliyində əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb. 1997-ci ildən 1998-ci ilin avqust ayınadək «DİALOG Freigşt İNTL» ABŞ-Rusiya birgə müəssisəsinin Baş Meneceri vəzifəsində işləyib. 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına kimi Niderlandın «Van der Вal Intl. Transport Bakı» Şirkətinin Baş Direktoru vəzifəsində çalışıb.

2008-ci ildə Beynəlxalq avtomobil nəqliyyat ittifaqı (İRU) tərəfindən "Top Road Transport Manager” adı ilə təltif olunub. 2001-2013-cü illərdə Moskviç Texxidmət ASC-nin idarə heyətinin sədri vəzifəzində çalışıb.

2014-cü il fevral ayından İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müdiri vəzifəsini icra edib. 2014-cü il oktyabr ayından İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Mərkəzinin (əvvəl İngilis dilində tədris mərkəzi adlanıb) direktoru vəzifəsinə təyin olunub. UNEC-in "Beynəxalq iqtisadiyyat” (ingilis dilində) kafedrasının dosentidir.

2018-ci ilin may ayından UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2018-ci il dekabrın 21-də UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəifəsinə təyin olunub.

2015-ci ilin oktyabrında "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'