İngiltərədə verilişdə baş verən müzakirə zamanı aparıcı huşunu itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin yeni baş nazir namizədləri, sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Truss canlı yayımda bir-birinin sirlərini açıblar.
Müzakirə zamanı studiyada yüksək səs-küy yaranıb. Aparıcı Kate McCann bu zaman huşunu itirib.
Aparıcı huşunu itirdikdən dərhal sonra yayım kəsilib. Veriliş kəsilməzdən əvvəl Trussın "Aman Allahım” dediyi görüntülər kameralara düşüb.
Kanal aparıcının səhhətinin yaxşı olduğunu bildirsə də, tibbi tövsiyələrə uyğun olaraq yayıma davam etməmək qərarına gəliblər.
Ayşən