Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib

Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
SİYASƏT
21:14 15.10.2026
141
Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, hesabat ayının son iş gününün sonuna "Azərişıq" ASC-nin xüsusi bank hesabının qalığı müvəkkil bank tərəfindən "Azərenerji" ASC-nin xüsusi bank hesabına köçürüləcək və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək. İndiyə qədər bu addım Nazirlər Kabineti yanında yaradılmış Komissiyadan müraciət daxil olmadığı təqdirdə atılırdı.

Yenilik Prezident İlham Əliyevin "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları"nın, eləcə də "Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında" 29 dekabr 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar tətbiq edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Teleqramda bu da mümkün olacaq
22:05 15.10.2026
Teleqramda bu da mümkün olacaq
Mourinyo bu hücumçunu satmadı
22:00 15.10.2026
Mourinyo bu hücumçunu satmadı
Trampın kürəkəni məhkəməyə verildi
21:54 15.10.2026
Trampın kürəkəni məhkəməyə verildi
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
21:48 15.10.2026
Bu ölkə xarici turistlərdən 9 dollar vergi alacaq
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
21:41 15.10.2026
Dünya çempionatı: Azərbaycanın minifutbol üzrə U-23 millisinin yarımfinaldakı rəqibi müəyyənləşib
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
21:37 15.10.2026
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
21:30 15.10.2026
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
21:24 15.10.2026
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
21:20 15.10.2026
Husilər Yəmənin prezident sarayını hədəfə aldılar: Ölənlər var
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
21:14 15.10.2026
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
21:10 15.10.2026
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
21:05 15.10.2026
12 hərbçini qətlə yetirən psixiatrın edamında şok qərar - Tramp açıqladı
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
20:59 15.10.2026
Edi Rama: Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
20:51 15.10.2026
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
20:47 15.10.2026
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
20:41 15.10.2026
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub