Nazirlər Kabinetindən tibbi spirt və maska istehsalı ilə bağlı AÇIQLAMA

SOSİAL
21:26 25.03.2020
3063
Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir. Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də, tələbi ödəməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska üç günə satılır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir. 

2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub. Ölkədə olan maska ehtiyatlarından səmərəli istifadə etmək üçün ilk növbədə həkim və xəstələr, polis, müdafiə nazirliyi, sərhəd xidməti və gömrük əməkdaşları təmin olunur və apteklərə satış üçün göndərilir.

Ölkə üzrə hər gün təqribən 150-200 min maska paylanır və satışa çıxarılır. Dünən ölkəyə 500 min maska idxal olunub. 1.5 milyon ədəd maska da daxil olacaq. Hökumət maskaların ölkədə istehsalını təşkil etməklə əlverişli şəraiti təmin etməyə çalışır.

Nazirlər Kabinetinin bugünkü 114 №li Qərarına əsasən maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub. Ölkədə spirt ehtiyatı ilə bağlı heç bir problem yoxdur. Spirtin kiçik həcmli qablarda satışa çıxarılması üzərində müvafiq işlər aparılır. Məsələ yaxın günlərdə həll olunacaq və yerli istehsal məhsulu olan spirt kifayət edəcək miqdarda pərakəndə satışa çıxarılacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:12 08.08.2020

Şöbə müdiri: “Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”

12:03 08.08.2020

“Metronun açılması hələ müzakirə olunmur”

12:01 08.08.2020

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirib

11:50 08.08.2020

TƏBİB: Yoluxma daha çox olan ölkələrin həkimləri ilə əlaqə saxlanılır

11:48 08.08.2020

Rövşən Nəcəf: “Toylara icazə verilməsi müəyyən müddətdən sonra mümkündür”

11:43 08.08.2020

“Gələn həftə tədrislə bağlı bütün suallara cavab veriləcək”

11:37 08.08.2020

Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”

11:34 08.08.2020

Rayonlara getmə qadağası avqustun sonundan ləğv edilə bilər

11:32 08.08.2020

Rövşən Nəcəf: "Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır"

11:30 08.08.2020

Kafe-restoranlar avqustun 17-dən açıla bilər

11:28 08.08.2020

TƏBİB: “Karantin rejimindən yorulmuşuq”

11:19 08.08.2020

Şahmar Mövsümov: “Yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür”

10:55 08.08.2020

Evlərini uşaq bağçasına çevirən ər-arvad cərimələndi - Video

10:50 08.08.2020

Yevlaxdan Cəlilabada dilənçiliyə gedən şəxslər tutuldular

10:31 08.08.2020

Vilayət Eyvazovdan qərar: Mülki silahın alınması maddəsində dəyişiklik edildi

10:24 08.08.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

X Mostbet