Nazirlik 'Aqua park'ı ifşa etdi

Nazirlik
İQTİSADİYYAT
16:13 24.07.2012
3785
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin satış mərkəzlərində və iaşə obyektlərində istifadəyə yararsız ərzaq məhsulları ilə bağlı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində Corat qəsəbəsində yerləşən "Dostluq" kafesində, Səbail rayonunda Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsindəki "Dərya balıq evi" və "Bül-Bül" kafelərində saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Sumqayıt şəhərində Corat qəsəbəsindəki "Okean market"də, Səbail rayonunda Salyan şosesi, Şahinbağ yaşayış sahəsində yerləşən "Panorama" kafesində Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi, ev 57 ünvanındakı "Xəzər" kafesində saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb. Sumqayıt şəhərində Corat qəsəbəsindəki "Sahil" kafesində, Səbail rayonunda Salyan şosesindəki "Aqua park" istirahət zonasında, "Eldorado" kafesində və Rövşən Əzizova məxsus kafedə, N.Quliyev küçəsi, ev 57 ünvanında yerləşən "Ailəvi" kafedə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunub. Abşeron rayonunda Novxanı qəsəbəsində Vaqif İbrahimova məxsus mağazada, Şəmkir şəhərində 20 Yanvar küçəsində Rəşid Bayraməliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib. Bərdə rayonunda Zümürxan kəndində Akif Hüseynova məxsus mağazada, Yevlax şəhərində Aran qəsəbəsində Ravil Rəhimova məxsus mağazada, Nizami küçəsində yerləşən "Əli" firma mağazasında saxlama müddəti ötmüş malların satıldığı aşkar edilib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu