Nazirlik Dağlıq Qarabağda həyata keçirilən turizm layihələrindən narahatdır

SİYASƏT
11:30 16.04.2015
1025
“Bu məsələ ciddi müzakirə olunacaq”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.
Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib.
Görüşdə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib.
Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.
Görüşdə müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub.
Nazir bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.
OXŞAR XƏBƏRLƏR