Nazirlik "facebook"da canlı yayım edəcəyini açıqladı, edə bilmədi

Nazirlik "facebook"da canlı yayım edəcəyini açıqladı, edə bilmədi
SOSİAL
17:32 14.02.2019
5523
Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransı keçirib.
 
AZXEBER.COM xəbər verir ki, nazirliyin əməkdaşları nazirin çıxışını facebook səhifəsində canlı yayımlamaq istəsələr də, buna nail olmayıblar.
 
Belə ki, canlı yayımda səs çıxmayıb və istifadəçilər buna görə adminləri tənqid edib.
 
Səs problemini həll edə bilməyən nazirlik əməkdaşları canlı yayımı silməyə məcbur olub. Daha sonra isə yayım REAL TV-dən paylaşımla davam edib.
 
Qeyd edək ki, sosial şəbəkədə canlı yayım təşkil etmək texniki cəhətdən ən asan prosedur hesab olunur. Nazirliyin əməkdaşlarının bunu edə bilməməsi birmənalı qarşılanmayıb. 
 

 


OXŞAR XƏBƏRLƏR