Nazirlik “GAP” mağazasını cəzalandırdı

İQTİSADİYYAT
14:53 13.10.2015
1996

“Bir neçə həftə bundan öncə bloqumda “GAP” mağazasında baş verən hadisə haqda məlumat dərc etmişdim. Sosial mediada bu mövzu barədə çoxlu paylaşımlar oldu. Ünvanlanan çoxlu sayda şərhlərdən məlum oldu ki, bu tip məsələ çoxlarının başına gəlir və hamı bu məsələnin nə ilə nəticələndiyi haqda məlumat almaq istəyir”.

TİA.AZ-ın məlumatına görə, bunu Vaqif Abbasov adlı “Facebook” istifadəçisi yazıb.Onun sözlərinə görə, məlum hadisə baş verənin səhərisi günü hüquqlarımı qorumaq adına Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə zəng edib hadisə barədə məlumat verib:

“Şikayətimi elə telefondaca qeydə aldılar. Qeydiyyatda olduğum ünvana məsələnin araşdırılacağı barədə məktub da ünvanlandı.2 gün öncə dövlət xidməti tərəfindən mənə zəng olunaraq araşdırma barədə məlumat verdilər və “Retail Group Azerbaijan” tərkibində olan mağazalar şəbəkəsinin işinə nəzarət edən əsas meneceri olan Renat bəyə (departament tərəfindən belə təqdim etdilər) yönləndirdilər. Brendlərin və mağazaların çoxluğu işi tam nəzarətdə saxlamaqda bəzi problemlər yaradırmış.Renat bəylə danışdıqdan sonra mağazaya yaxınlaşıb bir ay öncə alınmış kəməri (36 AZN) problemsiz olaraq geri qaytarıb nağd şəkildə pulu aldım. Bu məsələ beləcə öz həllini tapmış oldu. Renat bəyə tövsiyəm mağazalarda və qəbzlərin üzərində “Məhsullar geri qaytarılmır” yazısını yığışdırsınlar. Yaxşı deyil. Hüquqlarımızı qorumaq üçün hüquqşünas olmağa ehtiyac yoxdur”.

OXŞAR XƏBƏRLƏR