Nazirlikdən "TikTok" və "Telegram"ın bloklanması ilə bağlı iddialara CAVAB

Nazirlikdən "TikTok" və "Telegram"ın bloklanması ilə bağlı iddialara CAVAB
SOSİAL
16:03 14.09.2022
379
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən "TikTok” və "Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və "Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.
OXŞAR XƏBƏRLƏR