"Məktəblərimizə heç bir ziyan dəyməyib, tədris prosesi normal qaydada davam edir".
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o cümlədən dron zərbəsi endirildiyi deyilən hava limanının yaxınlığındakı Babək rayonu, Hacıvar kəndin məktəbində də tədris davam etdirilir: "Sadəcə, bəzi valideynlər ehtiyat tədbiri olaraq məktəbə gələrək övladlarını götürürlər".










































