Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi (MİT) “Pana Film”in istehsalı olan “Kurtlar Vadisi Pusu” serialının həqiqət olub, olmamasına aydınlıq gətirib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazirlik Polad Alemdarla bağlı sualları da cavablandırıb.
MİT-in rəsmi saytında yerləşdirilən cavabda “Kurtlar Vadisi Pusu” serialının Türkiyənin gerçək həyatından bəhs etmədiyi bildirilib:
“Nazirlik olaraq bildirmək istəyirik ki, nə Polad Alemdar nə də Kurtlar Vadisi Pusu serialı Türkiyənin gerçək həyatını əks etdirmir. Bu sadəcə bir şirkətin daha çox pul qazanmaq üçün çəkdiyi serialdır”