Nazirlik razılıq verməyib, amma tarixi abiləri sökürlər - LƏNKƏRANDA ÖZBAŞINALIQ
SOSİAL
14:42 23.06.2016
1385
Mədəniyyət və Turizm Nazirliyi Lənkəran şəhərində Nizami Gəncəvinin heykəli və şairin adını daşıyan, dövlət tərəfindən mühafizəyə götürülmüş tarixi memarlıq abidəsinin sökülməsiylə bağlı məlumatlara aydınlıq gətirib.Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədovaçıqlamasında bildirib ki, nazirlik Nizami Gəncəvinin adını daşıyan kinoteatrın özəlləşdirilməsiylə bağlı iki il öncə razılıq verib:“Amma nazirliyin həmin kinoteatrın sökülməsiylə bağlı hər hansı bir razılığı olmayıb”.