Nazirlik rəsmisi fırıldaqçı sığorta agentlərinə xəbərdarlıq etdi

İQTİSADİYYAT
11:09 06.04.2015
1408

“Ehtiyatlı olmağa çağırıram”.

Sığorta agentləri sahibkarlıqla məşğul olmaq üçün əldə etdikləri lisenziyaları dostlarına istifadə üçün verirlər. Bu isə qanunvericilikdə nəzərdə tutulmayıb.AZXEBER.COM xəbər verir ki, bu sözləri DSXN-nın şöbə rəisiMahir Abdullayevsığorta agentlərinin 3-cü Milli Forumunda bildirdi.

Mahir Abdullayev sığorta agentlərini ehtiyatlı olmağa çağırdı:

“Sığorta agenti fəaliyyəti ilə məşğul olmaq sahibkarlıq fəaliyyətinin növlərindən biridir. Qeyd edim ki, hüquq mühafizə orqanları tərəfindən bu kimi hallar baş verdikdə sığorta agentləri cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər. Sığorta agentlərini ehtiyatlı olmağa çağırıram” - deyə, şöbə rəisi bildirdi.

Qeyd edək ki, hal-hazırda 950 nəfər sığorta agenti mövcuddur. Onların 60 nəfəri hüquqi şəxs, 896 nəfəri isə fiziki şəxslərdir.

OXŞAR XƏBƏRLƏR