Nazirlik: "Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i xəstəxanaya yerləşdirilib"

Nazirlik: "Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i xəstəxanaya yerləşdirilib"
SOSİAL
13:43 17.02.2023
194
Xəbər verdiyimiz kim, bu gün səhər saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib. Qəzaya düşən şəxslər müəllimlər olub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi paylaşım edərək müəllimlərin ölümü ilə bağlı başsağlığı verib.

"Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllimimiz qəzaya düşüb. 

Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

Allah rəhmət etsin! 

Yaralı müəllimlərimizə isə şəfa diləyirik!”, - paylaşımda qeyd olunur.
 
Aydın
OXŞAR XƏBƏRLƏR