Sudan ödənişli istifadə qaydaları açıqlandı

Sudan ödənişli istifadə qaydaları açıqlandı
SOSİAL
10:31 30.03.2022
306
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sudan ödənişli istifadə sahəsində yenilikləri açıqlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, nazir müşaviri Rasim Səttarzadə bildirib ki, bu günədək ölkədə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.

O qeyd edib ki, sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən "Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb. Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək".

R.Səttarzadənin sözlərinə görə, su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq: "Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib