Nazirlik təcili yardıma həkim qəbulu elan etdi

SAĞLAMLIQ
17:49 29.06.2020
2859
Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

AZXEBER.COM Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

OXŞAR XƏBƏRLƏR