İyulun 20-də də dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur güclü isti diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında iyulun 19-da əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.
İyulun 20-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.