Nazirlikdən yaxın günlərdə çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Nazirlikdən yaxın günlərdə çimərliyə gedənlərə XƏBƏRDARLIQ
SOSİAL
10:59 24.08.2024
184
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR