Nazirlikdə övladlığa götürmə ilə bağlı işçi qrupu yaradıldı

Nazirlikdə övladlığa götürmə ilə bağlı işçi qrupu yaradıldı
SOSİAL
10:24 01.02.2019
2354
Prezident İlham Əliyevin "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, işçi qrupun görəcəyi işlərə dair iş planı təsdiq edilib:

"Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması yer alıb. "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir”.

Rəsmi məlumata görə, işçi qrupu plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq:

"Övladlığa götürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.

İşçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi bürcləri sürpriz günlər gözləyir
23:26 11.07.2026
Bəzi bürcləri sürpriz günlər gözləyir
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
23:13 11.07.2026
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır