Nazirlikdən əhaliyə partlayıcılarla bağlı xəbərdarlıq - RƏSMİ

Nazirlikdən əhaliyə partlayıcılarla bağlı xəbərdarlıq -  RƏSMİ
MAQAZİN
12:00 18.03.2013
1881

Azərbaycanda daxili işlər orqanları Novruz bayramı günlərində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışı və istifadəsinə qarşı mübarizəni daha da gücləndiriləcək.

AZXEBER.COM-un məlumatına görə, bu barədəTrend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Nazirlikdən verilən məlumata görə, bayram günlərində küçə, meydan və digər ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlardan istifadə olunması nəticəsində həddən artıq səs-küy yaranır ki, bu da bəzən əhali arasında haqlı narazılığa səbəb olur. Ona görə də DİN vətəndaşlara xəbərdarlıq edir ki, hər hansı yüksək səs qabiliyyətinə malik, eləcə də yanğına və digər xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilən pirotexniki məmulatların satışı və istifadəsi halı müəyyən olunarsa, dərhal həmin şəxslərə qarşı müvafiq tədbirlər görüləcək, pirotexniki əşya və oyuncaqlar müsadirə olunub məhv ediləcək. Qeyd edək ki, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnikRamil Usubovartıq müvafiq əmr də imzalayıb. Əmrdə bildirilir ki, bayram günlərində insanların çox olduğu, ictimai yerlərdə və vətəndaşların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsinin təmin edilməsı, bu məqsədlə polis naryadlarının sayının artırılması, həmçinin ölkədəki strateji, mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib