09:33 Bazar Günü, 16 Dekabr 2018
SOSİAL

Nazirlikdən əhaliyə xəbərdarlıq - Təhlükəli təbiət hadisəsi olacaq

14:58, 03.10.20184988
Nazirlikdən əhaliyə xəbərdarlıq - Təhlükəli təbiət hadisəsi olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.

Qurumdan AZXEBER.COM-a verilən məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
XƏBƏR LENTİ