Nazirlikdən intihar edən əsgərlə bağlı rəsmi - AÇIQLAMA

Nazirlikdən intihar edən əsgərlə bağlı rəsmi -  AÇIQLAMA
11:15 04.03.2013
2274

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bir əsgərinin intihar etməsi, digərinin minaya düşməsi faktı barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindənAZXEBER.COM -a verilən məlumata görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, nəticədə o. aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanılaraq, istintaq araşdırması aparılır.

Martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR