Nazirlikdən karantin qadağalarının ləğvi məsələsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən karantin qadağalarının ləğvi məsələsi ilə bağlı AÇIQLAMA
SOSİAL
10:41 31.03.2022
835
Səhiyyə Nazirliyi karantin məhdudiyyətlərinin ləğv edilməsi məsələsinə münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-nın sorğusuna cavab olaraq deyib ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır.

O qeyd edib ki, epidemioloji proses hazırda nəzarət altındadır: "Biz bilirik ki, pandemiya xəstəliyin dalğa şəklində alovlanması ilə müşayiət olunur və adətən hər növbəti dalğanı virusun mutasiya olmuş yeni ştammı törədir.

Əksər qadağaların götürüldüyü bəzi ölkələrdə yenidən yoluxma hallarının sayında artım müşahidə olunur və mütəxəssislərin fikri ondan ibarətdir ki, bu məsələdə tələskənliyə yol vermək düzgün deyil”.

Təyyar Eyvazov əlavə edib ki, bəzi ölkələrdə omikron ştammının "gözəgörünməz” adlanan yeni versiyası sürətlə yayılaraq daha çox insanın yoluxub xəstələnməsinə səbəb olur:

"Ancaq virusun sonuncu ştammının dövr etməsi zamanı yoluxma hallarının sayında sıçrayışlı artımlar müşahidə olunsa da, xəstəxanaya yerləşdirilmə faizi bir o qədər də artmır, yəni xəstəlik əsasən yüngül keçir və xəstələrin əksəriyyəti evdə müalicə aldığından stasionar xidmət çox da yüklənmir. Bu isə daha çox yumşalmalara getməyi mümkün edir.

Bunları nəzərə alaraq hesab edirəm ki, hazırda qüvvədə olan qadağaların aradan götürülməsi məsələsinə çox ehtiyatlı yanaşmaq və vaksinasiya prosesini davam etdirmək lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndinin Qafqazın yeni inkişaf və barış mərkəzi olacağına inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb