Nazirlikdən Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə ilə bağlı AÇIQLAMA

Nazirlikdən Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə ilə bağlı AÇIQLAMA
SOSİAL
17:41 04.04.2023
156
Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti haqqında məlumat açıqlayıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumatda bildirilib ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan  yeniyetmə  polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

"Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının "Psixiatriya yardımı haqqında” Qanununa əsasən o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.
Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”, - rəsmi məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR