Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb. AZXEBER.COM-un FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda Mirəli Qaşqay 5 ünvanında tikilməkdə olan binanın 6-cı mərtəbəsində taxta qəliblərdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları yanğının söndürülməsi istiqamətində işlər aparıb. Əlavə məlumat veriləcək.