Nazirliyin 2 vəzifəli şəxsinə cinayət işi açıldı

SOSİAL
11:28 14.11.2019
5217
Dövlət Sosial Müdafiə Fondunun iki rayon üzrə şöbə müdiri haqda cinayət işi başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluqdan AZXEBER.COM-a daxil olan birgə məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:01 03.07.2020

Prezidentə minnətdarlıq məktubları: "Sizin rəhbərliyinizlə xalqımız və dövlətimiz bu sınaqdan üzüağ çıxacaq"

16:57 03.07.2020

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi

16:53 03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

16:39 03.07.2020

Səhiyyə Nazirliyi: COVİD-19 testləri üçün poliklinikalara müraciət yalnız Bakı sakinlərinə aiddir

16:30 03.07.2020

İlham Əliyev Donald Trampa məktub yazdı

16:17 03.07.2020

Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ

15:57 03.07.2020

Qubaya istirahət etməyə gedən şəxslər cərimələndi - FOTO

15:46 03.07.2020

Bəy öz toyunda 80 nəfəri koronavirusa yoluxdurdu - 2 gün sonra öldü

15:29 03.07.2020

Xüsusi karantin rejiminin tətbiq olunduğu yerlərdə məhkəmələr təxirə salındı

15:18 03.07.2020

Həbib Nurməhəmmədovun atası vəfat etdi

15:02 03.07.2020

Bazar günü ilin üçüncü Ay tutulması olacaq

14:57 03.07.2020

Bakıda koronavirusa yoluxan şəxs mağazada tutuldu

14:43 03.07.2020

Turistə 91 manata bir dönər satılıb - Çekin fotosu

14:28 03.07.2020

“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrinden reportaj

14:17 03.07.2020

Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

13:56 03.07.2020

Metro bağlandığı üçün bu avtobuslar işləyəcək - Cədvəl