Nazirliyin əməkdaşı faciəvi şəkildə öldü

Nazirliyin əməkdaşı faciəvi şəkildə öldü
SOSİAL
12:23 05.04.2018
4348
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR