Azərbaycanda məmur arvadını bıçaqladı

Azərbaycanda məmur arvadını bıçaqladı
SOSİAL
16:23 05.05.2017
938

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Bayram Mikayılov həbs edilib. 

B.Mikayılov paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlayıb. Bu barədə sayta G.Cəbrayılovanın vəkili Vasif İsrafilov məlumat verib. Belə ki, bu il yanvarın 26-da B.Mikayılov arvadının avtomobilinin qarşısını kəsərək onu öldürməklə hədələyib.

Bir saata yaxın davam edən mübahisəyə kənar şəxslər sakitləşdirmək üçün müdaxilə edib. Bu zaman şöbə rəisi B.Mikayılov bıçaq çıxararaq onu vurub. Ətrafdakı şəxslər yaralı qadını maşına oturdaraq xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra onların həyatını xilas etmək mümkün olub.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 211.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu gün, yəni mayın 5-də B.Mikayılov təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib və saxlanılaraq Xətai rayon Müvəqqəti Saxlanma Yerinə təhvil verilib.

///qafqazinfo
OXŞAR XƏBƏRLƏR