Nazpəri Dostəliyeva 'Bandotdel'ə çağırıldı

Nazpəri Dostəliyeva
MAQAZİN
16:15 01.03.2013
2160

Xalq artistlərinin davası mediaya çıxdı: “O, hegemonluq eləyir...”

Xalq artisti Nazpəri Dostəliyeva həmkarı, xalq artisti İlhamə Quliyeva ilə münasibətləri barədə səs-küylü açıqlama yayıb. Müğənni Lent.az-a göndərdiyi açıqlamada İlhamə Quliyeva ilə aralarında yaranan çəkişmədən danışıb: “Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və mənə bildirdilər ki, ora İlhamə Quliyevanın şikayəti əsasında çağırılıram. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza hörmət əlaməti olaraq oraya getdim. İdarədə İlhamə Quliyevanın şikayət ərizəsi ilə tanış olduqdan sonra həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olmadığını, eləcə də onların mənə heç bir aidiyyatının olmadığını bildirdim. Çünki mən nə heç bir kütləvi informasiya vasitələrində, nə də hər hansısa başqa yerdə İlhamə Quliyevanın adını çəkməmişəm, onun barəsində hər hansı bir fikir söyləməmişəm. İdarəyə gələndən sonra İlhamə Quliyeva 106 FM radiosunun efirində məni təhqir etməyə və öz dostu, Mirqafar Seyidovun adı ilə təhdid etməyə başladı. O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Müğənniləri onun adı ilə qorxudurdu. Həmçinin, deyir ki, “Space” televiziya şirkətin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur və onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır”.

Nazpəri Dostəliyeva açıqlamada bildirib ki, İlhamə Quliyevanın haqqında ölçü götürülməsi üçün müvafiq tədbirlər görüb: “Mən isə özümə və digər xalq artistlərinə, mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, bir ana kimi millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, törədilmiş qanuna zidd əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilyant Dadaşovanı, Səməd Səmədovu təhdid edir.Mənim indiyə kimi heç bir qalmaqalda, münaqişələrdə adım heç vaxt hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır. Mən başa düşmürəm, o mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi? İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisti kimi həm bizlərə həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu andan bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyevə həvalə etmişəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb