İllər öncə Moskvada toyların birində Nazpəri Dostəliyevanın çayına dərman qatıbılar.
AZXEBER.COM xəbər verir ki, bu haqda "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat verib.
Onun sözlərinə görə Xalq artistinin səsini batırmaq istəyənlər ona tələ qurub:
"İllər öncə Moskvada belə bir hadisə yaşanıb. Nazpəri xanımın səsini batırmaq istəyənlər ona tələ qurararaq çayına dərman qatıblar. Bunu da təsadüfən o söhbətin olduğu yerdə dayanan Nazpəri xanımın sürücüsü eşidib. Onlar sürücünü tanımadıqları üçün rahat danışıblar. O da bunu eşidən kimi tez səhnənin arxasına özünü çatdırıb və Nazpəri xanıma su içməyə mane olub".
Hadisəni təsdiləyən Xalq artisti o andan sonra toylara öz termosunda çayı və suyu ilə getdiyini etiraf edib.
Aysel