Xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyeva arasındakı məhkəmə çəkişməsi ilə bağlı bəyanat yayıb.
AZXEBER.COM xəbər verir ki, xalq artisti bildirib ki, dünən və bu gün KİV-də yayılan informasiyalar həqiqəti əks etdirmir:“Belə ki Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə (Nəzərinizə çatdırıram ki hakimin elan etdiyi qətnaməyə əsasən İlhamə Quliyevanın iddiası tam həcmdə yox qismən təmin edilib) yekun qərar deyil.Ən azı, ondan ötrü ki, mənim həmin qətnamə ilə razılaşmaq fikrim yoxdur və ondan apellyasiya şikayəti verəcəyəm. Apellyasiya məhkəməsinin qərarından asılı olaraq, yəni apellyasiya instansiyası məhkəməsi kobud qanun pozuntuları ilə qəbul edilmiş qətnaməni ləğv etməsə, ali məhkəməyə də müraciət edəcəyəm. Bütün bu proseslərin başa çatması üçün isə ən azı bir il vaxt lazımdır. Ona görə də KİV-də guya İlhamə Quliyevanın mənə qalib gəlməsi və iddiasının təmin edilməsi barədə yayılan informasiyalar həqiqət deyil”.Ötən gün Nəsimi Rayon Məhkəməsinin 02.07.2013-cü il tarixli qətnaməsi ilə İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib. Məhkəmənin qətnaməsinə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 min manat təzminat istənilib.Eyni zamanda, qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə İlhamə Quliyevadan üzr istəməlidir.Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 9 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.