Bu gün prodüser Tarix Əliyev xalq artisti Nazpəri Dostəliyevaya canlı yayımda tac taxıb.
AZXEBER.COM xəbər verir ki, Tolikin bu hərəkətinə müğənni Nadir Qafarzadə öz iradını bildirib.
Tolikin Nadirə cavabı gecikməyib: "Deyirəm bəzilərinə nə yer eləyib mənim Nazpəri xanıma tac hədiyyə etməyim. Mən verlişimizə çağırılan qonağa istədiyim hədiyyəni verə bilərəm mənim kanalımın rəhbərindən başqa heç kim mənə heç nə deyə bilməz.
Bir də ki, Nazpəri xanımın sənətinə nə olub, bəziləri belə yanıb tökülür. Əcəb eləmişəm əlimin içindən gəlib, yaltaqlar. Mən İlhamə Quliyevanın sağlığında da Nazpəri xanımla danışırdım. Mənə heç kim qadağa qoya bilməz. Şükür ki, yanımızda Faiq var idi. O hər şeyi yaxşı bilir. Bir çıxın xalq arasına Nazpəri xanım qədər hörmətiniz varsa, sonra danışın. Allah İlhamə xanıma rəhmət etsin”.
Qeyd edək ki, Nazpəri Dostəliyeva ilə mərhum xalq artist İlhamə Quliyeva uzun illər küsülü olublar.
Nazim Qasımzadə