"Nə fəxri ad, nə də ulduzluq təsadüfi ola bilməz" - Əməkdar artist

MAQAZİN
15:52 18.02.2025
194
"Həyatda təsadüf deyilən bir şey yoxdur. Nə fəxri ad, nə ulduzluq, nə sənət təsadüfi ola bilməz. Bəzi insanlara Allah o işığı verir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Gün ortası" verilişində deyib.
 
Əməkdar artist bildirib ki, ağıllı musiqiçi şansdan istifadə etməlidir:

"Dünya yaranandan hər şeydə təzad var. Hamı yaxşı oxuya bilməz. İnsan olur ki, bir mahnı oxuyur, paylaşır, onu bir milyon insan bəyənir. Amma bu o demək deyil ki, o sənət üçün yaşayır. İnsan var ki, o şansadan istifadə edir. Mən 20 yaşımda bir gecədə yatdım və oyandəm ki, bütün respublika məni tanıyır. Amma mən Xarici Dillər Universitetyində oxuyurdum. Mənim musiqi savadsızlığımı ört-basdır edən Rafiq Babayevin studiyasında Siyavuş Kərimi kimi bir ustadla çalışmağım oldu. Mən düşündüm ki, bu şansı əlimdən qaçırda bilmərəm və musiqi təhsili almağa başladım, Milli Konservatoriyaya daxil oldum. Anladım ki, bu uğuru əldə saxlamaq üçün inkişaf etməliyəm. Mən əlimə düşən şansdan istifadə etdim".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR