‘Nə mənə, nə də mənim xalqıma satqın müxalifət lazım deyil’

SİYASƏT
16:12 11.11.2014
1335

`İlin sonunda Əli Kərimlinin belə israrla mitinqlər təşkil etməsinin bir məntiqli cavabı var. Görünür, bəzi beynəlxalq maraq dairələri hesabatlarındakı müəyyən əyri-əskiklikləri düzəltmək üçün onun köməyindən yararlanmaq qərarına gəliblər. Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun mitinqi sadəcə, toplantıdır`. Bu sözləri Milli Şuranın mitinqinə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov deyib. Onun sözlərinə görə, ikinci bir məqam ondan ibarətdir ki, “bu adamlar nəinki öz dövlətlərinə, milli maraqlarına, heç özlərinə hörmət qoymurlar”: - Belə olmasaydı, Seyid Əli Kərimli və Hacı Cəmil Həsənli 700 adamı barmaqlarına dolamazdılar. Bir çox gənclər onların boş vədlərinə inanıb ora gəliblər. Onların cəmiyyətdə heç bir sosial bazası yoxdur, olmayacaq da. Bunlara sadəcə, görüntü lazımdır. Müxalifətin mitinqində rəsmi məlumata görə, 700 nəfər iştirak edib. Əli Kərimli isə öz profilində status paylaşıb ki, «Şəkillərə baxın, görün necə izdihamlı mitinq təşkil etmişik». Şəkillərə baxanda ən azı 200-dən çox jurnalist görürəm, hardasa 150-200 nəfər də təsadüfi adam var. Yerdə qalır 300 nəfər. Amma çox düşündüm və belə bir qərara gəldim ki, statusda çox maraqlı bir etiraf var: «Fotoalboma baxın, elə bilin ki, özünüz ordaydınız». Yəni hər kəs şəkilə baxıb özünü orda təsəvvür eləsə, xeyli say əmələ gəlir. Məncə, magistraturaya imtahan sualları hazırlayan hocalarımız Əli Kərimlinin məntiqindən yararlanmalıdırlar.  Səbuhi Abbasov soruşur ki, cəmiyyət bu şoulara dözməlidirmi: “Məncə, yox! Vətəndaş Cəmiyyəti öz sözünü deməli, birgə bəyanatlar hazırlamalıdır. Bu, rüsvayçılıqdır, başqa adı yoxdur. Bütün dünya azərbaycanlıları əsirlərimizin azad olunması üçün kampaniyaya başlayıb, gələn il beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyik. Enerjimizi bu istiqamətlərdə xərcləməliyik. Qəti şəkildə deyə bilərəm ki, Əli Kərimli və onun bandası dövlətimizlə bağlı qərəzli hesabatlar hazırlayan bəzi xarici qurumlardan daha təhlükəlidirlər. O qurumlar ən azından bilirsən ki, hansı lobbiyə işləyirlər. Bunlar elə kimə gəldi işləyirlər. Hər bir cəmiyyətə sağlam müxalifət lazımdı. Şəxsən nə mənə, nə də mənim xalqıma satqın, xəstə müxalifət lazım deyil”.

 

 

 

OXŞAR XƏBƏRLƏR