"Nə saz, nə də muğam müqəddəsdir" - Sərxan

"Nə saz, nə də muğam müqəddəsdir" - Sərxan
MAQAZİN
15:39 23.07.2025
354
"Saz gözəl alətdir. Amma zamanında Dədə Qorqud səhv edib ona müqəddəs deyib".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Sərxan Kərəmoğlu "Tarixin bir günü" verilişində deyib.
 
O, muğamı və qavalı da müqaddəs hesab etmədiyibi bildirib:
 
"Saz gözəl alətdir. Amma Dədə Qorqud səhv edib zamanında ona müqəddəs deyib. Bir şeylə ki, çalıb-oynayırıq, o necə müqəddəs ola bilər? Heç qaval da, muğam da müqəddəs deyil. Qaval da, muğam da bizim mədəniyyətimizdir sadəcə. "Quran"ın avazı muğama uyğundursa, muğam müqəddəs sayılmalıdır? Xarici mahnıların da təməlinə baxanda hamısı muğama gəlib çıxır. Onlara da müqəddəs deyək?
 
Niyə müqəddəs sözünü bu qədər adiləşdirirsiniz? Onda dəfi də öpək, sazı da öpək başımıza qoyaq, ondan ruzi-bərəkət istəyək? Müqəddəs olan şey dilimiz, dinimiz, Quranımız, şəhidimiz, bayrağımızdır. Saz və muğam müqəddəs bir şey deyil. İnsanları yalnış yönləndirməyin".
 
Aysel

OXŞAR XƏBƏRLƏR