"Sənətdə xoşbəxtəm. Şəxsi həyatda yox. Boş yerə demirlər, rəbbim bir qapını bağlayanda, birini açır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Günə uğurla" verilişində deyib. Aktrisa ailəsi tərəfindən qəbul edilməməsindən danışıb:
"Həyatımda çox şeyi yenidən yazardım. Başqa ailədə dünyaya gəlmək istəyərdim: ata, ana sevgisi, ər sədaqəti, qardaş qayğısı görmək istəyərdim. Amma narazı deyiləm. Həyatda heç vaxt sevilməmişəm. Bir insanı ən çox valideyni sevər. Amma mən ata və ana tərəfdən sevilmədim. Heç kimdən sevgi gözləyə bilmərəm. Bircə, övladım sevir məni. Ona həm ata, həm də anayam. Ona görmədiyim sevgini verirəm".
\Axşam.az