Neapol polisi Almaniya klubunun azarkeşlərini şəhərdən uzaqlaşdırmaq istəyir

Neapol polisi Almaniya klubunun azarkeşlərini şəhərdən uzaqlaşdırmaq istəyir
DÜNYA
19:11 16.03.2023
234
Neapol polisi Almaniyanın "Ayntraxt" klubunun azarkeşlərini ən qısa zamanda şəhərdən uzaqlaşdırmaq istəyir.

Buna komandanın İtaliyada "Napoli"yə 0:3 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra fanatların iğtişaşlar törətməsi səbəb olub.

Qarşılaşmanın start fitindən başlayan qarşıdurmalar gecəyə kimi davam edib.

Meydan sahiblərinin çılğın tərəfdarları Frankfurt təmsilçisinin azarkeşləri olan otelə hücum etməyə çalışıblar. Lakin bina polis tərəfindən mühasirəyə alınıb. Almaniya komandasının 400 fanatı hələ də Neapoldadır.

Qeyd edək ki, ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyən "Napoli" 1/4 finala vəsiqə qazanıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR