Neftçala rayonunda 26 yaşlı oğlan intihara cəhd edib.
Hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Əbilhəsən Kamran oğlu Zabitov özünü asaraq intihara cəhd edib. Lakin, yaxınları dərhal onun boğazından kəndiri açaraq onu Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub. Hələlik intihara cəhdin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
///Report