Bir müddətdir dost olan, hər zaman birlikdə görüntülənən Nəfəs və Zeynəb Həsəni dostluq münasibətlərinə son qoyub.
AZXEBER.COM xəbər verir ki, Nəfəs ilk dəfə Zeynəblə küsülülüyündən danışıb:
"İncikliyimiz olmuşdu. Ondan sonra birlikdə Özbəkistanda toyda olmuşduq. Hər şey yaxşı idi. Zeynəbin xarakteri budur ki, o tərəfə də dəyişilir, bu tərəfə də. Mən tuta bilmirdim onun xasiyyətini, nə etmək istədiyini. Qazaxıstandan qayıdandan sonra mənfi xasiyyətlərini gördüm, xoşuma gəlmədi.”
Daha sonra Nəfəs, Zeynəbin istifadəçi biri olduğuna diqqət çəkərək :
"İnsanı hər zaman axtarmaq lazımdır. İşi düşəndən-düşənə, nəsə lazım olanda yox. Bu gün təkəm, yanımda ol deyə yox. Bütün bunları gördüm və düşündüm ki, artıq ehtiyac yoxdur” deyərək köhnə dostuna atmaca atıb.
Aysel