“Ad Gloriam” qrupu yeni klip ərsəyə gətirib.
Qrup tərəfindən yazılıb, bəstələnən “Yalnız” adlı mahnı Dövlət Neft Akademiyasında baş verən terror hadisəsinə həsr olunub. “Temp Production”un məhsulu olan yeni klipin ideya müəllifi və rejissoru Tükay Azəridir. Çəkilişlər Dövlət Neft Akademiyasında və Bakıdan kənar ərazilərdə aparılıb. Mahnıda ANS televiziyasının aparıcıları Qənirə Ataşovanın və Rəşad Abbasovun həmin hadisə zamanı hazırladığı süjetin audio versiyasından da istifadə olunub. Qeyd edək ki, klip bir qızın sevgilisinin bu hadisədə ölümündən bəhs edir. Qız universitetin qarşısında o günləri xatırlayır, psixoloji sarsıntı keçirir. 4 rəfiqəsi isə onu bu çətin günlərində tək buraxmır. Rejissorun sözlərinə görə, klip yaxın zamanlarda təqdim olunacaq.