AZXEBER.COM-un şirkətin saytına istinadən verdiyi məlumata görə, quyuların əsaslı yeraltı təmiri sexinin qazmaçı köməkçisi Teymur İspəndiyar oğlu Süleymanov “General Əsədov” sərnişin gəmisi vasitəsilə sahildən Neft Daşlarına iş növbəsinə yola düşüb. Gəmi Neft Daşlarına çatdıqdan sonra T.Süleymanov gəmidən düşüb yataqxanaya gedərkən yolda halı pisləşib və saat 14.00 radələrində yerə yıxılıb. O, hadisə yerində ölüb.