Neft Daşlarında bədbəxt hadisə

Neft Daşlarında bədbəxt hadisə
SOSİAL
20:24 22.02.2017
4733

"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov "Neft Daşları"nda 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılaraq aldığı xəsarətdən keçinib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16.00 radələrində baş verib.  

Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. 

Hadisənin başa vermə səbəbləri araşdırılır.

 

OXŞAR XƏBƏRLƏR