Neft Fondu 26 ton qızıl alıb

İQTİSADİYYAT
11:00 22.10.2013
1720

Oktyabrın 1-nə olan məlumata görə, Neft Fondu tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Neft Fondunun məlumatında qeyd olunub.Qeyd edək ki, Fond tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına başlanılıb.Fondun strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilir.İlin sonuna kimi Neft Fondu aldığı qızılı 30 tona qədər çatdırmağı planlaşdırır.Neft Fondu bu ilin yanvar ayından başlayaraq aldığı qızılı Azərbaycana gətirməyə başlayıb. Ölkəyə gətirilən qızıllar müvəqqəti saxlanılmaq üçün Mərkəzi Bankda yerləşdirilir.

OXŞAR XƏBƏRLƏR