Meksikanın paytaxtı Mexikoda dövlət neft şirkətinin baş ofisinin yerləşdiyi göydələndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb. Ən son məlumata görə, 25-nəfərin cəsədi çıxarılıb. Yaralılarıns sayı isə 100-ü ötüb.Saat 10:05Meksikanın paytaxtı Mexikoda "Pemeks" neft şirkətinin binasında partlayış olub. 52 mərtəbəli binanın zirzəməsində baş vermiş partlayış nəticəsində binanın birinci və ikinci mərtəbələri çöküb.Polisinin verdiyi məlumata görə, dağıntılar altında azı 14 nəfərin qalaraq ölüb. 80-ə yaxın işçinin isə xəsarət aldığı bildirilir. Xəsarət alanlardan əksəriyyətinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı da ehtimal edilir.