"Neftçi" - "Xəzər Lənkəran" arasında keçiriləcək derbi oyunu bir dəqiqəlik sükutla başlayacaq."Neftçi" ötən ilin 13 fevralında yol qəzasında həlak olmuş əməkdaşlarını yad edəcək. Artıq "Neftçi" rəhbərliyi "Böyük oyun"dan öncə mərhum əməkdaşlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı PFL-ə müraciət edib. Həmçinin paytaxt klubunun futbolçuları meydana qara sarğı ilə çıxacaq.